Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov mükafata layiq görüldü
17 noyabr 2018   /  Xəbərlər

Bəhreyndə IMMAF və WMMAA tərəfindən ilk dəfə təşkil edilən qarışıq təkbətək döyüş növləri üzrə dünya çempionatı davam edir. Mixfight.az xəbər verir ki, noyabrın 15-də Bəhreyndə qonaqların şərəfinə ziyagət təşkil edilib. Tədbirdə IMMAF və WMMAA tərəfindən bir sıra nominasiyalar üzrə ən yaxşılar təltif olunub.

Azərbaycan MMA Federasiyası da mükafata layiq görülənlər sırasında olub. WMMAA rəhbəri Vadim Finkelşteyn qarışıq təkbətək döyüş növlərinin – Azərbaycanda inkişafındakı xidmətlərinə görə Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənova xüsusi mükafat təqdim edib.

Mərasimdə qeyd olunub ki, Azərbaycan MMA Federasiyası WMMAA və IMMAF tərəfindən ölkəmizdə tanınan yeganə idman qurumudur.

 

Comments are closed.