[:az]Azərbaycan millisi dünya çempionatına yollanır[:]
10 Noyabr 2018   /  Xəbərlər

[:az]Noyabrın 11-də Bəhreyndə MMA üzrə dünya çempionatına start veriləcək. Mötəbər yarışda Azərbaycan millisi də iştirak edəcək. Yığmanın baş məşqçisi, dünya və Avropa çempionu Etiqad Atakişiyev və dünya, Avropa çempionu, məşqçi Heydər Məmmədliyevin rəhbərliyi altında çempionatda 7 idmançı mübarizə aparacaq. Azərbaycan millisinin heyətiylə tanış olun: Xəyal Qəhrəmanlı (56.7 kq), Rəşad İsmayılzadə (61.2 kq),  İbrahim Məmmədəliyev (70.3 kq), Mehrac Zərbəliyev (77.1 kq),Aleksandr Əliyev (83.9 kq), Heydər Heydərov (93 kq) və Elgün Yusifov (120.2 kq).

Dünya çempionatına noyabrın 18-də yekun vurulacaq. Səfərə çıxacaq Azərbaycan nümayəndə heyətinə Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov rəhbərlik edəcək.

Qeyd edək ki, ölkəmizdə İMMAF-WMMAA birləşmiş təşkilatlarının yeganə rəsmi nümayəndəsi Azərbaycan MMA Federasiyasıdır.[:]

Comments are closed.