Azərbaycan idmançıları M-1 Challenge 67-yə hazırlaşır
15 may 2016   /  MMA, Xəbərlər

Azərbaycan MMA ulduzları ölkəmizdə keçiriləcək M-1 Challenge 67-də iştirak edəcək. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə milli komanda mötəbər yarışa gündə iki dəfə məşq etməklə hazırlaşır.

Qarışıq döyüş növləri – MMA üzrə mötəbər turnirdə ölkəmizi üç idmançı təmsil edəcək. Bunlar dünya və Avropa çempionları Taleh Nəcəfzadə, Zaur Hacıbabayev və Etiqad Atakişiyevdir.

Qeyd edək ki, MMA üzrə ilk azərbaycanlı dünya çempionu Etiqad Atakişiyevin döyüşü xüsusilə böyük marağa səbəb olub. Çempionun 3 illik fasilədən sonra qayıdışı bütün Avropa mediasının diqqət mərkəzindədir.

Comments are closed.