Azərbaycan çempionatı keçiriləcək
07 dekabr 2016   /  Xəbərlər

Dekabrın 9-da Sumqayıt Olimpiya Kompleksində MMA üzrə Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan MMA Federasiyasından verilən məlumata görə yarışın Sumqayıtda keçirilməsinə səbəb MMA-ın paytaxtdan başqa şəhərlərdə də inkişaf etdirilməsinə dəstək olmaqdır.

Federasiyanın vitse-prezidenti Etiqad Atakişiyevin verdiyi məlumata görə yarışda 23 klubdan 100-dən çox idmançı mübarizə aparacaq. 8 çəki dərəcəsində keçirilən Azərbaycan çempionatının qalibləri dekabrın 9-da məlum olacaq.

Qeyd edək ki, final görüşləri saat 18-də başlayacaq və “İdman Azərbaycan” televiziya kanalıyla canlı yayımlanacaq.

Comments are closed.