[:az]Avropa çempionatı Qvadalaharada keçiriləcək[:]
18 Avqust 2018   /  Xəbərlər

[:az]Qarışıq döyüş növləri – mma üzrə Avropa çempionatı oktyabrda keçiriləcək. Mixfight.az xəbər verir ki, qitə birinciliyi oktyabrın 11-də start götürəcək və üç gün davam edəcək. Avropa çempionatında Azərbaycan milli komandası da iştirak edəcək. Hazırda təlim-məşq toplanışında olan yığma komandanın heyəti gələn ay açıqlanacaq.

Qeyd edək ki, qitə birinciliyində iştirak etməklə bağlı Avropa MMA Assosiasiyası tərəfindən Azərbaycan MMA Federasiyasına dəvət məktubu göndərilib.[:]

Comments are closed.