Aleksandr Povetkinin dopinqdən istifadə etdiyi məlum oldu
18 dekabr 2016   /  Xəbərlər

Rusiyada peşəkar boks üzrə reytinq xarakterli görüş baş tutub. Məşhur boksçu Aleksandr Povetkin fransız idmançısı Joan Dyupa üzərində parlaq qələbə qazanıb. Beşinci raundun sonunda noqdauna düşən Dyupa özünə gəlməkdə çətinlik çəkib. Yekunda Aleksandr Povetkin görüşü qələbəylə başa vurub.

Xatırladaq ki, görüş dünya çempionluğu uğrunda baş tutmalı idi. Əvvəlcədən deyildiyi kimi, Povetkin kanadalı Bermeyn Stivernlə mübarizə aparacaqdı. Amma yarışdan əvvəl Povetkinin qanında qadağan olunan preparat (dopinq) aşkarlandığından titul uğrunda görüş təxirə salındı.

Comments are closed.