[:az]Aleksandr Əliyev dünya çempionatında bürünc medal qazandı[:]
[:az]Bəhreyndə təşkil edilən MMA üzrə dünya çempionatına yekun vurulub. Mixfight.az xəbər verir ki, Azərbaycan komandası mötəbər yarışda 1 medal qazanıb. 84 kq-da çıxış edən Aleksandr Əliyev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, IMMAF və WMMAA tərəfindən ilk dəfə birgə keçirilən dünya çempionatında 52 ölkədən 400 idmançı mübarizə aparıb.[:]