Cəmil İbrahimov: “Dəstəyə görə təşəkkür edirəm”
28 noyabr 2018   /  Xəbərlər

Nüfuzlu “Bellator” turnirində ilk qələbəsini qazanan Azərbaycan idmançısı Cəmil İbrahimov dəstəyə görə azarkeşlərə təşəkkür edib.

Mixfight.az İbrahimovun fikirlərini təqdim edir: “Bellator” çox nüfuzlu yarışdır. İlk görüş keçirdiyimə görə məni tanımırdılar. Bu amil xeyrimə işlədi. Çox sevinirəm ki, debüt görüşüm qələbəylə başa çatdı.

Qarşıda bir neçə təklif var. Onları dəyərləndirməyə çalışacam. Mümkün qədər yaxşı hazırlıq keçməliyəm. İlk görüş vaxtı xalqımızın dəstəyini hiss etdim. Hər birinizə təşəkkür edirəm”.

 

 

Comments are closed.