[:az]Ən yaxşılar Bəhreyndə mükafatlandırılacaq[:]
[:az]Bəhreyndə IMMAF və WMMAA tərəfindən ilk dəfə təşkil edilən qarışıq təkbətək döyüş növləri üzrə dünya çempionatı davam edir. Mixfight.az xəbər verir ki, noyabrın 15-də Bəhreyndə qonaqların şərəfinə ziyagət təşkil ediləcək. Tədbirdə IMMAF və WMMAA tərəfindən bir sıra nominasiyalar üzrə ən yaxşılar təltif olunacaq.
Qeyd edək ki, iştirakçılar arasında bu idman növünün canlı əfsanəsi Fyodr Yemelyanenko da olacaq. Ölkəmizi mötəbər mərasimdə Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov təmsil edəcək.[:]